Fransanın “Marsel” klubunun futbolçuları təlim-məşq toplanışı zamanı klubun düşərgəsində iğtişaş törədiblər.
Publika.az “Footmercato” nəşrinə istinadla xəbər verir ki, Liqa 1-in son iki turundan əvvəl komandanı toparlamaq üçün klub rəhbərliyi klubun bazasında dörd günlük təlim-məşq toplanışı təşkil etmək qərarına gəlib.
Təlim-məşq toplanışının son günündə bir neçə oyunçu gözlənilməz bir əyləncə təşkil edib, çarpayıları yenidən düzüb, otaqlarda qarışıqlıq yaradaraq yanğınsöndürmə balonlarından istifadə ediblər.
Qeyd edilir ki, bu hadisə bir neçə işçini şoka salıb.