AZ

“Şuşada 20 dən çox abidənin bərpası dövlətimizin tarix və mədəniyyətimizə qayğısının təzahürüdür”

Moderator.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Şuşada 20-dən çox abidənin bərpası dövlətimizin tariximizə və mədəniyyətimizə qayğısının təzahürüdür”.

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Məşhur Məmmədov bildirib. Millət vəkili qeyd edib ki, yalnız Şuşada deyil, işğaldan azad ediəln digər ərazilərdə də vaxtiylə erməni faşizmi tərəfindən dağıdılan tarixi abidələrin bərpası prosesi tam vüsətlə davam edir:

“Bizim üçün qürurvericidir ki, bu gün yalnız doğma Şuşa şəhərində deyil, işğaldan azad edilən digər ərazilərimizdə də vaxtiylə ermənilər tərəfindən dağıdılan dini, tarixi, mədəni abidələrin bərpası prosesi fasiləsiz şəkildə davam etdirilməkdədir. Məhz bu uzunmüddətli və əzmkar fəaliyyətin nəticəsidir ki, artıq xeyli sayda tarixi abidənin ilkinliyini, orijinallığını qorumaq şərtilə bərpası başa çatdırılıb. Bütün bunlar Azərbaycanın tarixi-mədəni dəyərlərə verdiyi önəmin göstəricisidir.

Bu gün Şuşada və işğaldan azad edilən digər ərazilərdə tarixi abidələrin bərpası istiqamətində görülən işlər Avropa Parlamentinin Azərbaycanla bağlı son qətnaməsində irəli sürülən ittihamların nə qədər absurd və qərəzli olduğunu göstərir. Bütün bu faktlar bir daha sübut edir ki, kimin nə deməyindən asılı olmayaraq, Azərbaycan dövləti öz quruculuq missiyasını uğurla davam etdirməkdədir və bu missiya sosial infrastrukdur, ekologiya və s. ilə yanaşı, həm də tarixi-mədəni abidələrin bərpasını əhatə edir. Şuşada görülən işlər bu fəaliyyətin nə qədər uğurlu və davamlı olmasının isbatıdır”.

Seymur ƏLİYEV

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
2
moderator.az

3Mənbələr