Qusar şəhərində yerləşən B.Ağaverdiyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 10-cu sinif şagirdi Tural Araz oğlu Salmanov “Əlaçı” bilik yarışmasının qalibi olub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Tural Salmanov ötən il 9-cu siniflərin buraxılış imtahanlarında 271 bal toplayaraq yüksək nəticə göstərib.
O, eyni zamanda 9-cu sinif şagirdləri arasında keçirilən “BilBacar” intellektual bilik yarışmasının respublika final mərhələsində II yerə layiq görülüb.
Qeyd edək ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Əlaçı” yarışması İctimai Televiziyanın efirində yayımlanır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta