ain.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.
Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev (73 kq) Qazaxıstanın paytaxtı Astanada keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal uğrunda yarışacaq.
"Yeni Sabah" xəbər verir ki, 1/8 finalda qazaxıstanlı Yersultan Duysenxanı məğlub edən cüdoçu 1/4 final mərhələsində özbəkistanlı Nizomeddinxujo Toşpulatovdan üstün olub.
Rəşid yarımfinalda Fabio Basileyə uduzub. Onun bürünc medal uğrunda yarışdakı rəqibi Monqolustan cüdoçusu Anxzaya Lavjarqal olacaq. pizza sifarişi
70 kq çəki dərəcəsində yarışan Südabə Ağayeva isə 1/8 finalda almaniyalı Miriam Butkereytə uduzub.
Xatırladaq ki, "Böyük Dəbilqə" turniri mayın 10-da başa çatacaq.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.