Rusiyanın Ukrayna ilə sülh yolu ilə tənzimləmə məsələləri üzrə danışıqları uzun və mürəkkəb prosesdir.
Moderator.az "İnterfaks"a istinadən xəbər verdiyinə görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.
Onun sözlərinə görə, ABŞ bu prosesi sürətləndirməyə çalışır.
"Aydındır ki, ABŞ tərəfi tələsir, lakin mövzu çox mürəkkəbdir və sülh sazişinə çıxış çox uzun, mürəkkəb detallarla dolu yoldur", - D.Peskov deyib.
Daha əvvəl ABŞ dövlət katibi Marko Rubio bəyan etmişdi ki, Ukrayna tənzimləməsi üzrə danışıqlar prosesi hazırda irəliləmir, lakin ABŞ buna baxmayaraq, döyüş əməliyyatlarının başa çatmasına nail olmaq üçün vasitəçi rolunu oynamağa hazırdır.