AZ

Daha bir ölkədə hantavirus təhlükəsi

Daha bir ölkədə hantavirus aşkarlanıb.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, İspaniyada hantavirus simptomları göstərən bir qadın, infeksiya şübhəsi ilə Alikante xəstəxanasına yerləşdirilib.

İspaniya Səhiyyə Nazirliyi “MV Hondius” kruiz gəmisində virusa yoluxduqdan sonra Cənubi Afrikanın Yohannesburq şəhərində vəfat edən hollandiyalı xəstə ilə eyni uçuşda olan 32 yaşlı ispan qadının yoluxma şübhəsi xəstəxanaya yerləşdirildiyini açıqlayıb.

Test nəticələrinin 24-48 saat ərzində açıqlanması gözlənilir.

İspaniya səhiyyə nazirinin müavini Xavyer Padilla bildirib ki, infeksiya şübhəsi olan xəstə hantavirusdan ölən şəxsdən iki sıra arxada oturub və bu da təyyarədə qısa müddət qaldıqları üçün təmasın olduqca məhdud olduğunu göstərir. Padilla həmçinin bildirib ki, eyni uçuşda olan hollandiyalı kabin heyəti üzvü də daxil olmaqla bəzi şəxslərdə potensial simptomlar müşahidə olunub, lakin test nəticələri mənfi çıxıb.

Qeyd edək ki, 1 apreldə Argentinanın ən cənub şəhəri olan Uşuayadan yola düşən “MV Hondius” lüks kruiz gəmisində hantavirus epidemiyası baş verib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) indiyə qədər ən azı 5 yoluxma halını təsdiqləyib, bunlardan 3-ü ölümlə nəticələnib.

Hazırda qlobal mediada hantavirusla bağlı aktiv şəkildə adı çəkilən ölkələrin sayı ən azı 12-dir.

Xatırladaq ki, hantavirus əsasən gəmiricilər tərəfindən ötürülən xəstəlik kimi tanınır. Virus qurumuş gəmirici nəcisi, sidik və tüpürcəklə çirklənmiş havanın inhalyasiyası, bəzən gəmirici dişləmələri və ya cızıqları vasitəsilə ötürülür. Simptomlara qızdırma, yorğunluq və əzələ ağrısı daxildir. Həmçinin tənəffüs çatışmazlığına səbəb ola bilər və bəzi hallarda daxili qanaxmaya və böyrək çatışmazlığına səbəb ola bilər.

Billurə

Seçilən
32
2
olke.az

3Mənbələr