"Həm şəhərdaxili mobilliyin təmin edilməsi, həm də rayonlararası istiqamətlərdə sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması məqsədilə yeni qatarların alınması prosesi yekunlaşmaq üzrədir".
ADY sədri bildirib ki, rayonlararası marşrutlarda istismar olunması üçün dörd yeni qatar və dörd lokomotivin alınması üzrə son tamamlanma işləri həyata keçirilir. Bu addım ölkə daxilində sərnişinlərin daha rahat və sürətli daşınmasına imkan verəcək.