AZ

Tramp "hantavirus"dan danışdı 

ABŞ Prezidenti Donald Tramp bildirib ki, hantavirus hazırda amerikalı mütəxəssislər tərəfindən fəal şəkildə öyrənilir...

Poliqon xəbər verir ki, o, bu barədə jurnalistlərlə söhbətində deyib.

"Gördüklərimizə görə, hər şey qaydasındadır. Bu (hantavirus - red.) asanlıqla ötürülmür", - Tramp qeyd edib.

ABŞ lideri əlavə edib ki, virus uzun müddət oxşar infeksiyalarla işləmiş və onların xüsusiyyətlərini yaxşı bilən mütəxəssislər tərəfindən öyrənilir.

Onun sözlərinə görə, COVID-19 ilə müqayisədə hantavirusun insandan insana ötürülməsi daha çətindir. (Report.az)

Poliqon.info

Seçilən
23
3
poliqon.info

4Mənbələr