AZ

İran millisinin ABŞ-a səfəri rəsmiləşib

İran milli futbol komandası Türkiyə toplanışından sonra ABŞ-a yollanacaq.

Aznews.az xəbər verir ki, İran Futbol Federasiyası yığmanın dünya çempionatında iştirakının qəti olduğunu açıqlayıb.

Bildirilib ki, İran millisi hazırlıq prosesini intensiv məşqlərlə davam etdirir. Komanda hazırlıq çərçivəsində Türkiyədə təlim-məşq toplanışı keçəcək və daha sonra ABŞ-a yola düşəcək.

Federasiya qeyd edib ki, İran millisi dünya çempionatına vəsiqəni layiqincə qazanıb və heç bir xarici amil komandanın mundialda iştirakına mane ola bilməz.

Açıqlamada həmçinin bildirilib ki, İran yığması 2026-cı il dünya çempionatında mütləq iştirak edəcək, lakin ev sahibi tərəf İranın narahatlıqlarını nəzərə almalıdır.

Seçilən
3
9
aznews.az

10Mənbələr