“Caribbean Princess” adlı kruiz gəmisində 100-dən çox şəxs norovirusa yoluxub.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) məlumat yayıb.
Hazırda gəminin Atlantik okeanının şimal-qərb hissəsində hərəkət etdiyi və Puerto-Riko istiqamətində üzərək yoluna davam etdiyi bildirilir.
Məlumata görə, gəmi aprelin 28-də 3,1 min sərnişin və 1131 ekipaj üzvü ilə səfərə çıxıb. Onun mayın 11-də Port Kanaveral limanına çatması planlaşdırılır.
Yoluxan şəxslərdə əsasən qusma və ishal simptomları müşahidə olunur.
Hadisədən sonra gəmidə dezinfeksiya tədbirləri gücləndirilib, sərnişinlərdən analizlər götürülüb və xəstələr təcrid olunub.
“Princess Cruises” isə bildirib ki, gəmi Floridaya çatdıqdan sonra növbəti reysdən əvvəl tam sanitar emaldan keçiriləcək.
CDC-nin məlumatına əsasən, bu, ilin əvvəlindən kruiz gəmilərində qeydə alınan dördüncü mədə-bağırsaq xəstəliyi yayılmasıdır.
Xatırladaq ki, bir neçə gün əvvəl “MV Hondius” gəmisində hantavirus infeksiyası yayılıb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hadisə nəticəsində üç nəfər ölüb, daha bir yoluxma təsdiqlənib, beş nəfər isə şübhəli hesab olunur.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta