AZ

"Müharibə qabaqdadır" - Ohanyan yenə sarsaqladı...



Ermənistanda revanşistlər yenə azğın bəyanatlarla çıxış edirlər. Xüsusilə seçki qabağı şəraitində bu həyasızlıq daha gərgin hal alır. "Ermənistan" parlament fraksiyasının lideri və keçmiş müdafiə naziri Seyran Ohanyan yenə sarsaqlayıb. S. Ohanyan İkinci Dünya Müharibəsinin bitməsinin ildönümü ilə bağlı tədbirdə çıxış edərkən Azərbaycanı müharibə ilə hədələyib. Bu terrorçu iddia edib ki, "ağır itkilərə baxmayaraq, erməni xalqı ayağa qalxa və irəliləməyə davam edə bilər". SİTAT: "1992-ci ildə müasirlərimiz İkinci Dünya Müharibəsindəki qələbəni üçqat bayrama çevirdilər, lakin hazırkı səriştəsiz Ermənistan hakimiyyətinin əli ilə bu qələbə yenidən tək bir xatirə tarixinə endirildi. Düşmən Ermənistan sərhədlərinə çatdı, amma döyüş qabaqdadır"- deyə S. Ohanyan bildirib. Görünən odur ki, bu lar zəhərli daşnak təfəkküründən qurtula bilməyəcəklər. Mətləb
Seçilən
18
baki-xeber.com

1Mənbələr