AZ

Atalar üçdən deyib! “Neftçi” üçün də?

ain.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

“Neftçi” sabah cari mövsümdəki sonuncu ev oyununu keçirəcək. Rəqib isə “Şamaxı”dı. Paytaxt təmsilçisi kağız üzərində aşkar favorit göstərilsə də, bu mövsüm şirvanlıları məğlub edə bilməyib.Bu komandaların ilk turdakı qarşılaşmasında “Neftçi” çətinliklə məğlubiyyətdən yaxa qurtarmışdısa, ikinci dövrədə qalmaqallı hakim qərarı bakılıları qələbədən etmişdi.Bu dəfə isə qələbə “Neftçi” üçün çox vacibdi. Komanda dogma azarkeşləri önündə son oyuna çıxır – bu öz yerində. Daha bir önəmli məqam “Zirə”nin dünən gözlənilmədən xal itirməsidi. “Ağ-qaralar” qələbə qazanacağı təqdirdə “qartallar”la xal fərqini 3-ə çatdıracaq ki, belədə 4-cü yerin də taleyi böyük ehtimalla həll olunacaq. Həmin yerin avrokuboklara vəsiqə qazandırıb-qazandırmayacağını da mayın 13-də biləcəyik.MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
1
icma.az

2Mənbələr