AZ

Brüsseldən Moldovaya “yaşıl işıq”

Brüssel Moldovanın Aİ-yə üzvlük prosesini sürətləndirmək istəyir.

“Cebheinfo.az” “Reuters”ə istinadən xəbər verir ki, Brüssel Moldovanın Aİ-yə daxil olmasını mümkün qədər sürətləndirmək istəyir. 

Avropa İttifaqının xarici işlər üzrə ali nümayəndəsi Kaya Kallas Moldovanın Prezident Maya Sandu ilə görüşdən sonra bildirib ki, bir neçə Avropa ölkəsində hökumət dəyişikliklərindən sonra Kişinyovun Aİ üzvlüyünə doğru irəliləməsi üçün əlverişli şərtlər yaranıb.

“Hələ tarix təyin etməmişik, amma tez bir zamanda hərəkət etməli olduğumuz aydındır", - deyə Kallas bildirib.

Onun sözlərinə görə, hazırda heç bir Aİ ölkəsi Moldovanın üzvlüyünə qarşı deyil, lakin ayrı-ayrı ölkələrdə hökumət dəyişikliklərindən sonra vəziyyət dəyişə bilər. 

O əlavə edib ki, ikitərəfli problemi ola biləcək bir hökumətin nə vaxt hakimiyyətə gələcəyini heç vaxt bilmək olmur. 

Brüssel həmçinin hesab edir ki, Dnestryanıdakı dondurulmuş münaqişə Moldovanın Avropa İttifaqına inteqrasiyasına maneə olmamalıdır.Xatırladaq ki, Brüssel Ukraynanın Aİ-yə sürətlə daxil olmasına qarşıdır.

Seçilən
0
1
cebheinfo.az

2Mənbələr