AZ

Yarım milyon vətəndaş BORC İÇİNDƏ - Onları nə gözləyir? - VİDEO

Azərbaycanda problemli kreditlər artıq təkcə bank sektoru üçün deyil, bütövlükdə cəmiyyət üçün ciddi sosial problemə çevrilib. Rəsmi statistikaya görə, ölkədə problemli kreditlərlə bağlı 402 mindən çox iş məcburi icra mərhələsinə göndərilib. Bu isə minlərlə vətəndaşın kredit borcunu vaxtında ödəyə bilmədiyini, nəticədə məsələnin məhkəmə və icra orqanlarına qədər uzandığını göstərir.

Mütəxəssislər bildirirlər ki, problem təkcə ödəmə qabiliyyətinin zəifləməsi ilə bağlı deyil. Bir çox hallarda vətəndaşlar kredit müqavilələrinin şərtlərini tam anlamadan imza atır, faiz, cərimə və gecikmə mexanizmlərini düzgün hesablamırlar. Nəticədə “borcu ödəyirəm, amma azalmır” şikayətləri artır. Digər tərəfdən, zamin duran şəxslərin sonradan böyük maliyyə yükü ilə üz-üzə qalması da ən çox mübahisə doğuran məsələlərdən biridir.

Digər müzakirə mövzusu isə borca görə tətbiq olunan cəza mexanizmləridir. Vətəndaşlar sual edir ki, əgər şəxs borcunu ödəmədiyi üçün həbs olunur və dövlət hesabına saxlanılırsa, bu halda zərərçəkənin pulu necə qaytarılacaq? Borcluların məcburi əmək fəaliyyəti ilə borclarını ödəməsi mümkündürmü? Mövcud sistem həm kreditorların, həm də borcluların hüquqlarını nə dərəcədə balanslı qoruyur?

Bu və digər suallara "TV Müsavat"ın qonağı olan vəkil Bəxtiyar Hacıyev cavab verib.

Musavat.com həmin videomaterialı təqdim edir.

Afaq Mirayiq,
Rafət Şahbazov,
Musavat.com

Seçilən
50
musavat.com

1Mənbələr