Goranboyda Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümü ilə bağlı kitab festivalı keçirilib.
"Unikal" xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyəti və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin Goranboy rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Parkında keçirilən tədbirdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, şəhid ailələri, qazilər, rayon ziyalıları, ictimai fəallar və rayon ictimaiyyətinin nümayəndələri kitab, rəsm, əl işləri sərgilərinə baxış keçirdilər, məktəblilərin təqdimatında ifa edilən xalq musiqilərini dinlədilər və müxtəlif rəqs, idman nümunələrini izlədilər.
Kitab festivalı çərçivəsində rayonun incəsənət ustalarının ifasında konsert proqramı təşkil edildi, rəqs nümunələri nümayiş etdirildi.