İngiltərə çempionatının aşağı dəstəsində - çempionşipdə 3-6-cı yerləri tutan komandalar elitaya növbəti vəsiqənin sahibini müəyyənləşdirmək üçün pley-off oyunları keçirir. Mövsümü 6-cı yerdə bitirən, Acun Ilıcalının sahibi olduğu “Hall Siti” 3-ü yeri tutan “Milluoll”la iki oyun keçirməlidi. Həmin oyunlardan birincisi arxada qalıb. “Hall Siti” dünən evdə “Milluoll”un müqavimətini qıra bilməyib – 0:0. Cavab görüşü mayın 11-də keçiriləcək. Digər yarımfinal cütündə “Sauthempton”la “Midlsbro” qarşılaşır. Bu iki cütün qalibi mayın 23-də finalda üz-üzə gələcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta