“Hantavirus yeni COVID-19 deyil”.
Aznews.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus “X” hesabında qeyd edib.
O Tenerife sakinlərinə müraciət edərək bildirib ki, MV Hondius gəmisində aşkarlanan Andes ştamlı hantavirus ciddi olsa da, hazırkı ictimai sağlamlıq riski aşağı olaraq qiymətləndirilir.
ÜST-ün Baş direktoru qeyd edib ki, “epidemiya” sözü insanlarda 2020-ci ilin ağır pandemiya xatirələrini yenidən canlandırır, lakin o, bunun yeni COVID-19 olmadığını xüsusi vurğulayıb.
Onun sözlərinə görə, ÜST risk qiymətləndirməsini məsuliyyətlə aparıb və Tenerifedə gündəlik həyatını yaşayan insanlar üçün təhlükə aşağı səviyyədədir.