AZ

Acun Ilıcalının komandası pley offa bərabərliklə başladı

Footbal-plus saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Türkiyəli iş adamı Acun Ilıcalının sahibi olduğu ''Hall Siti''nin çempionşipdə mövsümü 6-cı pillədə bitirərək pley-offda oynamağa haqq qazandığını xəbər vermişdik. Dünən pley-offun ilk oyununda ''Hall Siti'' doğma ''MKM Stedium''da ''Milluoll'' ilə qarşılaşıb. Mövsümü 3-cü pillədə tamamlayan ''Milluoll'' çempionşip çərçivəsində ''Hall Siti''ni səfərdə 3:1 yenmişdi. Amma bu dəfəki qarşılaşma qolsuz başa çatdı. Oyunu VİP-lojada Acun Ilıcalı və onun həyat yoldaşı ilə yanaşı Türkiyə futbolunun ünlü siması Fatih Terimin də izləməsi diqqət çəkdi. Cavab oyunu mayın 11-də ''Milluoll''un stadionunda keçiriləcək. Bu mərhələni keçən komanda mayın 23-də ''Uembli''də ''Midlsbro'' - ''Sauthempton'' duelinin qalibi ilə qarşılaşacaq. Qeyd edək ki, ''pələnglər'' 3-cü dəfədi, pley-offda iştirak edirlər. Komanda daha öncə 2008 və 2016-cı illərdə pley-off-da iştirak edərkən premyer-liqaya yüksəlməyi bacarmışdı.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
30
1
icma.az

2Mənbələr