AZ

Dövlət qurumlarının əməkdaşları Heydər Əliyevin məzarını ziyarət ediblər FOTOLAR

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İqtisadiyyat Nazirliyinin rəhbərliyi müasir, müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edib.

"Cebheinfo.az" nazirliyin yaydığı məlumata istinadən xəbər verir ki, nazirliyin əməkdaşları ümummilli liderin məzarı önünə gül dəstələri düzüb, onun xatirəsini ehtiramla anıblar.

"Azərbaycanda dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, ölkəmizin müstəqilliyinin gücləndirilməsi və beynəlxalq nüfuzunun artması ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strateji kursun nəticəsidir. Ulu öndərin formalaşdırdığı inkişaf xətti bu gün də Azərbaycanın dayanıqlı tərəqqisinin əsasını təşkil edir", - deyə nazirliyin yaydığı məlumatda bildirilib.

14:23

Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov və qurumun aparatının, həmçinin Bakı qarnizonunun bir qrup hərbi qulluqçusu Fəxri xiyabanda ümummilli liderin məzarını ziyarət ediblər.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə SHXÇDX məlumat yayıb.

Bildirilib ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub, üzərinə çiçəklər düzülüb.

Həmçinin Xidmətin Aparatında, Mərkəzi Çağırış Məntəqəsi Kompleksində və yerli struktur qurumlarında ulu öndər Heydər Əliyevin əziz xatirəsi anılıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
29
12
cebheinfo.az

10Mənbələr