İqtisadiyyat Nazirliyinin rəhbərliyi müasir müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər. Ümummilli Liderin məzarı önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla anılıb.
Azərbaycanda dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, ölkəmizin müstəqilliyinin gücləndirilməsi və beynəlxalq nüfuzunun artması Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji kursun nəticəsidir. Ulu Öndərin formalaşdırdığı inkişaf xətti bu gün də Azərbaycanın dayanıqlı tərəqqisinin əsasını təşkil edir.