Zaqatala rayon sakini 39 yaşlı İsa Boloyev güllələnib.
Publika.az-ın məlumatına görə, hadisə rayonun Yuxarı Tala kəndi ərazisində baş verib.
Belə ki, İsa Boloyev bu gün gecə saatlarında restorandan çıxarkən 28 yaşlı Musa Mustafazadə ona ov tüfəngindən atəş açıb. Nəticədə İ.Boloyev xəsarət alıb və o, xəstəxanaya yerləşdirilib.