AZ

Porto nun futbolçusunun 150 min avroluq saatları oğurlandı

ain.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Porto"nun polşalı müdafiəçisi Jan Bednarek Portuqaliyanın Foz bölgəsində yerləşən evində silahlı qarətin qurbanı olub. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, hadisə 8 may axşam saatlarında, futbolçunun ailəsi ilə birlikdə restoranda şam etdikdən sonra evə qayıtdığı zaman baş verib. O, evə daxil olduqda içəridə olan üç nəfər naməlum şəxs tərəfindən qarşılanıb. Həmin şəxslər bıçaqla Bednarek və onun yaxınlarını hədələyiblər.

Cinayətkarlar ümumi dəyəri təxminən 150 min avro olan iki ədəd "Rolex" saatını oğurlayıblar.

Futbolçunun özü və ailə üzvləri xəsarət almayıb. Porto polisi hadisə ilə bağlı araşdırmalara başlayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
64
4
lent.az

5Mənbələr