AZ

250 günlük seriya qırıldı: “Sabah” üçüncülüyə şərik oldu

BAKI, 9 may. TELEQRAF

“Sabah”ın Azərbaycan Premyer Liqasındakı məğlubiyyətsizlik seriyası qırılıb.

Teleqraf PFL-ə istinadən xəbər verir ki, Azərbaycan çempionu adını qazanan paytaxt təmsilçisi XXXI turun “Kəpəz”lə ev oyununda uduzub – 0:1.

Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda bunadək sonuncu dəfə III turda xalsız qalıb. 250 günsən sonra - 2025-ci il avqustun 31-də “İmişli” “Sabah”a 1 qolla qalib gəlib.
Çempionun mövsümdəki hər iki məğlubiyyəti ev qarşılaşmalarına təsadüf edib.
“Sabah” bu müddətdə 28 məğlubiyyətsiz matç keçirib. Komanda 22 qələbə qazanıb və 6 heç-heçə edib.
Bununla da “Sabah” turnirin tarixində 3-cü ən uzun məğlubiyyətsiz seriya adına şərik olub. Yalnız “Qarabağ” daha uzun seriyalara malikdir. Ağdam klubu iki dəfə məğlubiyyətsizliyə nail olub. “Sabah” isə “Kəpəz”in nəticəsini təkrarlayıb.

Ən uzun 5 seriya (texniki nəticələr və nəticəsi ləğv olunan matçlar nəzərə alınmamaqla)
1. “Qarabağ” – 49 (30.10.2021-09.04.2023)
2. “Qarabağ” – 31 (31.10.2018-10.11.2019)
3-4. “Kəpəz” – 28 (14.09.1997-19.09.1998)
“Sabah” – 28 (14.09.2025-03.05.2026)
1. “Turan” – 27 (12.09.1992-14.07.1993)
Qeyd: mötərizədə məğlubiyyətsiz seriyanın ilk və son oyununun tarixi göstərilib.

Seçilən
13
4
teleqraf.com

6Mənbələr