AZ

Paşinyanın 9 May çıxışı gündəm oldu – Azərbaycan mesajı verdi

Ermənistanın baş naziri Nikol Paşinyan 9 May – faşizm üzərində qələbənin ildönümü münasibətilə etdiyi paylaşımda diqqətçəkən məqamlara toxunub.

"Yeni Sabah" xəbər verir ki, Paşinyan bildirib ki, Ermənistan bu il 9 May Qələbə Gününü Azərbaycanla əldə olunmuş sülh şəraitində qeyd edir. O, xüsusilə son iki ildə sərhəddə sabitliyin qorunmasını mühüm hadisə kimi dəyərləndirib.

Paşinyan paylaşımında qeyd edib: “2026-cı ilin 9 mayını Ermənistan və Azərbaycan arasında formalaşmış sülh şəraitində qeyd edirik. İki ildir ki, qurbanlarımız və yaralananlarımız yoxdur. Ermənistan-Azərbaycan atəşkəsi nəticəsində sərhəd yaşayış məntəqələrimiz daha sakit və təhlükəsiz mühitdə yaşayır. Bu, ölkəmizin müstəqillik əldə etməsindən sonra qazandığı ən mühüm nailiyyətlərdən biridir”. pizza sifarişi

Ermənistan baş naziri həmçinin vurğulayıb ki, əldə olunmuş sülh mühitinin qorunması və daha da möhkəmləndirilməsi hazırda əsas vəzifədir. Onun sözlərinə görə, regionda təmin edilən sabitlik Ermənistan üçün təhlükəsizlik, rifah və inkişaf baxımından tarixi imkan yaradıb. “Əldə etdiyimiz sülhün hər gün daha möhkəm və təhlükəsiz olması üçün düzgün şəkildə qorunması bu gün bizim əsas vəzifəmizdir. Təmin edilmiş sülh ölkəmizin indiyədək görünməmiş təhlükəsizlik, rifah və inkişaf səviyyəsinə çatması üçün tarixi fürsətdir. Bu gün biz həmin yolla inamla irəliləyirik”, deyə Paşinyan bildirib./Musavat.com


Telegram kanalımız
Seçilən
0
4
yenisabah.az

5Mənbələr