AZ

Prezident: Şükürbəyli kəndi tamamilə yenidən qurulub

Şükürbəyli kəndi tamamilə yenidən qurulub.

Musavat.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşdə bildirib.

"Bildiyiniz kimi, işğal dövründə Ermənistan dövləti bu kəndi tamamilə dağıtmışdı, bir dənə də salamat bina qalmamışdı. Mənim keçmiş köçkünlərlə işğal dövründə çoxsaylı görüşlərim zamanı həmişə deyirdim ki, biz torpaqları azad edəndən sonra bütün şəhərləri, kəndləri quracağıq, onları daha gözəl vəziyyətə gətirəcəyik və bu gün Şükürbəyli kəndinin timsalında bunu görürük", - Prezident vurğulayıb.

Azərbaycan Prezidenti qeyd edib ki, kənd çox müasirdir:

"Yaşamaq, çalışmaq, təhsil almaq üçün bütün şərait - məktəb, musiqi məktəbi, iki uşaq bağçası, tibb məntəqəsi, əlbəttə, gözəl, yaraşıqlı evlər var ki, burada siz - Şükürbəyli kəndinin sakinləri rahat yaşayasınız".

Seçilən
2
7
musavat.com

8Mənbələr