AZ

Premyer Liqa: Qarabağ Qəbələ səfərində xal itirib

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 9 may, AZƏRTAC

Azərbaycan Premyer Liqasında XXXI turun daha bir oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, "Qarabağ" səfərdə "Qəbələ"nin qonağı olub. Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. "Qarabağ"ın qolunu 29-cu dəqiqədə Kadi Borges vurub. "Qəbələ"nin heyətində isə 57-ci dəqiqədə İsmael Akinade fərqlənib. Bu nəticədən sonra "Qarabağ" 63 xalla 2-ci, "Qəbələ" 21 xalla 11-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, turun ötən gün baş tutan görüşlərində "Kəpəz" "Sabah"a 1:0 hesabı ilə qalib gəlib, "İmişli" isə "Zirə" ilə qolsuz heç-heçə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
6
azertag.az

7Mənbələr