"MV Hondius" kruiz laynerində baş verən epidemiya ilə əlaqəli olduğu ehtimal edilən iki yeni hantavirusa yoluxma halı İspaniyada və Atlantik okeanının cənubundakı Tristan-da-Kunya arxipelaqında qeydə alınıb.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı "Reuters" agentliyi yayıb.
Bildirilir ki, yoluxmalardan biri İspaniyanın Alikante əyalətində hantavirus simptomları müşahidə olunan 32 yaşlı qadınla bağlıdır. Ölkənin səhiyyə məsələləri üzrə dövlət katibi Xavyer Padilyanın sözlərinə görə, həmin şəxs aprelin 25-də infeksiyadan vəfat edən "MV Hondius" laynerinin niderlandlı sərnişini ilə eyni təyyarədə uçub.
İkinci şübhəli yoluxma halı isə Böyük Britaniyanın dəniz aşırı ərazisi olan Müqəddəs Yelena və Tristan-da-Kunya adalarına daxil olan arxipelaqda bir Britaniya vətəndaşında aşkarlanıb.
"Reuters" əlavə edir ki, həmin şəxsin aprelin 13-dən 15-nə dək adalarındakı dayanacaq zamanı gəmidən düşdüyü ehtimal edilir.
Musavat.com