Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, qəza Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunun Gəncənin Hacıkənd qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb. Qəza zamanı 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.