AZ

Britaniya Hörmüz boğazına hərbi gəmisini göndərə bilər

Britaniya Hörmüz boğazına “HMS Dragon” esminesni göndərməyə hazırdır.

Bizim.Media xəbər verir ki, bu barədə "Sky News" telekanalı Böyük Britaniya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Telekanal bildirib ki, gəmi mart ayında Britaniyanın "Akrotiri" aviabazasını qorumaq üçün Kiprə gəlib. İndi ölkə rəhbərliyi ehtiyac yaranacağı təqdirdə, su yolunda gəmiçiliyi qorumaq üçün “HMS Dragon”un istiqamətini Yaxın Şərqə dəyişmək niyyətindədir.

Britaniya Müdafiə Nazirliyindən vurğulanıb ki, gəminin tapşırığı sırf müdafiə xarakterli olacaq və Hörmüz boğazından tranzitin təhlükəsizliyinin artırılmasına yönələcək.

Xəbərdə qeyd olunub ki, daha sonra gəmilərin fasiləsiz hərəkətini təmin edəcək çoxmillətli missiyanın yaradılması planlaşdırılır.

Bizim.Media

Seçilən
0
7
bizim.media

9Mənbələr