ABŞ-ın İranı blokadaya aldığı 13 apreldən bəri ABŞ ordusu 58 gəmini başqa istiqamətə yönləndirib və onu pozmağa cəhd etdiyi iddia olunan dörd gəmini vuraraq sıradan çıxarıb.
APA xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
"ABŞ ordusu İranın dəniz blokadasını davam etdirir. 13 apreldən bu günə qədər CENTCOM qüvvələri İran limanlarına girməyə və ya çıxmağa çalışan 58 ticarət gəmisini yönləndirib və dörd gəmini sıradan çıxarıb", - məlumatda bildirilir.