Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Ukrayna Prezidenti Volodimir Zelenski Moskva istisna olmaqla, istənilən yerdə Kreml rəhbəri Vladimir Putinlə görüşməyə hazırdır.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin müşaviri Sergey Leşşenko telemarafonun efirində bildirib.
"Volodimir Zelenski Putinlə istənilən yerdə görüşməyə hazırdır, ancaq Moskvada yox... Belə bir danışıqlar formatı qeyri-mümkündür", – o deyib.
Xəbər verildiyi kimi, mayın 9-da Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov V. Putinin Moskvada V. Zelenski ilə görüş keçirməyə hazır olduğunu bir daha təsdiqləyib.
Zelenski dəfələrlə Putinlə görüşməyə hazır olduğunu bəyan edib, lakin Moskva və Kiyevdə deyil, neytral ərazidə, xüsusən ABŞ, eləcə də Yaxın Şərq və ya Avropa ölkələrindən birində bu görüşün mümkün olduğunu bildirib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.