Bakupost saytından alınan məlumata görə, ain.az bildirir.
İran Futbol Federasiyası milli komandanın ABŞ, Kanada və Meksikada keçiriləcək 2026-cı il dünya çempionatında iştirakını rəsmi şəkildə təsdiqləyib. Bununla yanaşı, Tehran turnir başlamazdan əvvəl yerinə yetirilməsini vacib saydığı bir sıra şərtləri də açıqlayıb.
Bakupost.az xəbər verir ki, məlumatı "Azad İran" "Telegram" kanalı yayıb.
Bildirilir ki, əsas tələblər sırasında İran nümayəndə heyətinin bütün üzvləri üçün zəmanətli viza təminatı, İran bayrağına və dövlət himninə hörmətlə yanaşılması, eləcə də hava limanlarında, otellərdə və komandanın stadionlara gedən marşrutları boyunca gücləndirilmiş təhlükəsizlik tədbirlərinin görülməsi yer alır.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.