AZ

Premyer Liqa: "Sumqayıt" "Araz-Naxçıvan"a qalib gəlib

Bakı, 9 may, AZƏRTAC

Azərbaycan Premyer Liqasında XXXI turun daha bir oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, "Sumqayıt" öz meydanında "Araz-Naxçıvan"la qarşılaşıb. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda oynanılan görüş "gənclik şəhəri" təmsilçisinin qələbəsi ilə başa çatıb - 2:1.

Bu qələbə ilə xallarını 41-ə çatdıran "Sumqayıt" 6-cı sıraya yüksəlib. "Araz-Naxçıvan" isə 40 xalla 7-cidir.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Kəpəz" "Sabah"ı 1:0 hesabı ilə məğlub edib, "Qəbələ" "Qarabağ"la 1:1, "İmişli" isə "Zirə" ilə 0:0 hesablı heç-heçəyə razılılaşıb.

XXXI tura mayın 10-da yekun vurulacaq.

Seçilən
42
3
azertag.az

4Mənbələr