AZ

Mingəçevirdə hoteldə yanğın oldu - Video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Mingəçevir şəhərində yerləşən hoteldə yanğın baş verməsi barədə məlumat daxil olub.BUTA.TV” xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir Şəhər Yanğından Mühafizə Dəstəsinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində hotelinin 1-ci mərtəbəsində yerləşən saunada baş vermiş yanğın genişlənməsinə, o cümlədən hotelə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində sauna 35kv.m. sahədə yanıb. Saunanın qalan hissəsi və hotel binası yanğından mühafizə edilib, xəsarət alan olmayıb.
Seçilən
12
28
buta.tv

10Mənbələr