Mərmər sexində bədbəxt hadisə - Ölən var
Paytaxtın Qaradağ rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.“BUTA.TV” xəbər verir ki, mayın 8-i saat 10 radələrində Lökbatanda yerləşən mərmər sexində mərmər daşı qırılaraq orada usta kimi çalışan şəxsin başına dəyib. Ağır xəsarət alan Biləsuvar rayon sakini 1969-cu il təvəllüdlü Azər Gülağa oğlu Babayev hadisə yerində ölüb. Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır.