İşlədiyi bağçanın həyətindən meyiti tapıldı
Şəki şəhərində uşaq bağçasının həyətindən meyit tapılıb.“BUTA.TV” xəbər verir ki, hadisə mayın 9-u saat 02 radələrində baş verib. Şəhər sakini 1980-ci il təvəllüdlü Rövşən Əlövsət oğlu Cəlilovun meyiti işlədiyi Bağbanlar küçəsindəki bağçanın həyətində aşkar edilib. Faktla bağlı araşdırma aparılır.