"İndi texnologiyalar daha da inkişaf edib. Müasir intensiv bağçılıq texnologiyaları var".
Publika.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə söhbəti zamanı deyib.
"Baxın, qonşuluqda yerləşən Ağalı kəndinə (Zəngilan rayonunda Azərbaycanın ilk ağıllı kəndi – Qeyd). Orada böyük bağ salınıb. İndi mənə məlumat verirlər ki, oradan yığılan meyvələri xaricə də satırlar. Ona görə bağçılıq, üzümçülük, taxılçılıq, baramaçılıq, heyvandarlıq dövlətin dəstəyi ilə inkişaf etməlidir", - deyə Dövlət başçısı əlavə edib.