AZ

“Mançester Siti” evdə “Brentford”a qalib gəldi

İngiltərə Premyer Liqasının 2025/2026 mövsümünün 36-cı turu çərçivəsində “Mançester Siti” və “Brentford” komandaları arasında keçirilən oyun başa çatıb.

90deqiqe.Az xəbər verir ki, Mançesterdəki “Etihad” stadionunda oynanılan görüş “şəhərlilər”in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçı Maykl Solsberi idarə edib.

60-cı dəqiqədə Jeremi Doku hesabı açaraq “Mançester Siti”ni önə keçirib. 75-ci dəqiqədə Erlinq Haland fərqi artırıb. 90+2-ci dəqiqədə isə Omar Marmuş yekun hesabı müəyyənləşdirib — 3:0.

Bu nəticədən sonra “Mançester Siti” 74 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. “Brentford” isə 51 xalla 8-ci yerdədir. Turnir cədvəlinə 76 xalla “Arsenal” başçılıq edir.

Növbəti turda “Mançester Siti” 19 mayda səfərdə “Bornmut”la qarşılaşacaq, “Brentford” isə 17 mayda “Kristal Pelas”ı qəbul edəcək.

Seçilən
61
90deqiqe.az

1Mənbələr