AZ

Putin: Makron deyib ki, Kiyev təzyiq altında saziş imzalamamalıdır

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

2022-ci ildə Fransa Prezidenti Emmanuel Macron Kiyevin “silahlı təzyiq altında” sülh sazişi imzalamamalı olduğunu deyib.

Bizimyol.info xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin jurnalistlərin suallarını cavablandırarkən deyib.

Putinin sözlərinə görə, həmin il İstanbulda Rusiya və Ukrayna arasında razılaşma əldə olunmuş və sənəd ilkin olaraq paraflanmışdı. Lakin daha sonra, onun iddiasına əsasən, Emmanuel Makron ona zəng edərək bildirib ki, Ukrayna belə “tarixi sənədləri silah altında imzalaya bilməz”.

Rusiya lideri əlavə edib ki, bu ifadə birbaşa sitatdır və həmin telefon danışığının qeydi saxlanılır.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
bizimyol.info

1Mənbələr