AZ

Rusiya Ermənistandan sivil qaydada “boşana” bilər

“Ermənistanın Avropa İttifaqına qoşulmaq planları xüsusi nəzərdən keçirilməlidir”.

Publika.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin brifinqdə bildirib.

Dövlət başçısı respublikada bu məsələ ilə bağlı referendum təşkil etməyi təklif edib. Putin qeyd edib ki, əgər xalq bunu dəstəkləsə, Rusiya sivil ayrılıq prosesinə başlaya bilər. O, Ukrayna nümunəsində də hər şeyin avrointeqrasiya məsələsindən başladığını diqqətə çatdırıb.

Siyasətçinin sözlərinə görə, respublikanın Avropa İttifaqına daxil olması məsələsi Avrasiya İqtisadi İttifaqının mayın 28-29-da Astanada keçiriləcək növbəti sammitində müzakirə edilə bilər.

Seçilən
2
4
publika.az

8Mənbələr