AZ

Bakının mərkəzində söküləcəyi deyilən binanın fasadı niyə yenilənir? - VİDEO

Damı, eyvanı, pilləkənləri qaldı, fasadını təmir etdilər...

 

Görüntülər Bakının Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi 167 ünvanında yerləşən, yaşı 100-dən çox 3 mərtəbəli binadandır.

 

Sakinlərin iddiasına görə, söküləcəyi deyilən binanın fasadında təmir işlərinə başlanıb:

 

 Əraziyə xidmət göstərən 15 saylı Mənzil Kommunal İstismar Sahəsindən bildirildi ki sözügedən binaya aidiyyəti qurumlar tərəfindən qəzalı olması barədə rəy verilib. Bununla bağlı aidiyyəti üzrə müraciət edilib. Hazırda binanın fasad hissəsində şəhərin ümumi estetik görnüşünə görə cari təmir işləri aparılır.

 

Mənzil Kommunal İstismar Sahəsindən həmçinin bildirildi ki, sözügedən ünvandakı binalar qəzalı olduğu üçün sökülərək yerində yeni binalarının tikilməsi nəzərdə tutulur.

 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Tarix: 9 May 2026, 23:41   
Seçilən
14
pravda.az

1Mənbələr