Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranla müharibə fonunda Ərbil və İraqın digər bölgələrinə edilən hücumlardan narahatlığını bildirib.
ONN media xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Məlumata görə, Ərdoğan məsələ ilə bağlı fikirlərini İstanbulda İraq Kürdüstan Demokratik Partiyasının (KDP) sabiq sədri Məsud Bərzani ilə görüşündə səsləndirib. Türkiyə lideri Ankaranın münaqişənin regionun digər ölkələrinə yayılmasını istəmədiyini vurğulayıb. O, həmçinin Türkiyənin İraq Kürd Regional hökuməti ilə həmrəyliyini davam etdirəcəyini söyləyib.
Qeyd olunub ki, görüş zamanı tərəflər İraqdakı vəziyyət, regional sabitlik, ticarət, nəqliyyat və enerji sahələrində əməkdaşlıq məsələlərini də müzakirə ediblər
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta