“Real”ın hücumçusu Kilian Mbappe ilə bağlı növbəti xəbər yayılıb.
"Football-plus.az" xəbər verir ki, fransalı hücumçunun zədəsi sağalıb. Kilian La Liqanın 32-ci turunun “Betis”lə matçında (1:1) zədələnmişdi. Artıq sıraya dönən Kilian məşqlərə başlayıb. Baş məşqçi Alvaro Arbeloa onun xidmətindən “Barselona” ilə keçiriləcək vacib oyunda yararlana biləcək.
“El Klasiko” mayın 10-a təyin olunub. “Barselona” La Liqada 34 oyuna 88 xalla 1-ci, “Real” isə 77 xalla 2-ci yeri tutur.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta