AZ

Berlinin altında gizlənən sirr: Hitlerin son günləri ilə bağlı mif dağıldı

Berlinin süqutu nasist Almaniyasının yalnız hərbi məğlubiyyəti deyil, həm də Üçüncü Reyxin ideoloji iflası kimi tarixə düşüb.

Hakimiyyet.az xəbər verir ki, Readovka-ya danışan almanşünas tarixçi Sergey Kormilitsın müharibənin son günlərində Berlinin son çağırış hesabına müdafiə olunduğunu, dinc sakinlərin isə işıqsız və ərzaqsız zirzəmilərdə xilas olmağa çalışdığını bildirib.

Tarixçinin sözlərinə görə, həmin dövrlə bağlı bir sıra miflər hələ də qalmaqdadır. Bunlardan biri Hitlerin guya Berlindən qaçması, digəri isə minlərlə insanın Berlin metrosunda suya qərq olması barədə iddialardır.

Kormilitsın qeyd edib ki, metro ilə bağlı versiya xüsusilə geniş yayılsa da, hadisə sonradan xeyli şişirdilib. Onun sözlərinə görə, partlayış həqiqətən baş verib, lakin metro kütləvi sığınacaq kimi istifadə olunmayıb və bu, minlərlə insanın ölümü ilə nəticələnməyib.

Tarixçi həmçinin vurğulayıb ki, Hitler 1–2 may tarixlərində belə bir əmr verə bilməzdi, çünki o, bundan əvvəl intihar etmişdi. Onun sözlərinə görə, bu hadisə ilə bağlı yayılan bəzi kadrlar isə 1971-ci ildə çəkilmiş “Azadlıq” bədii filminin beşinci seriyasından götürülmüş görüntülərdir.(musavat.com)

Seçilən
1
4
hakimiyyet.az

5Mənbələr