AZ

Rubio və Uitkoff Mayamidə Qətərin Baş naziri ilə görüşüb

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Vaşinqton, 10 may, AZƏRTAC

ABŞ Dövlət katibi Marko Rubio və Ağ Evin xüsusi elçisi Stiv Uitkoff bu gün Mayamidə Qətərin Baş naziri Məhəmməd bin Əbdürrəhman əl-Tani ilə görüşüb.

AZƏRTAC-ın məlumatına görə, bu barədə “Axios” mənbəyə istinadən yazıb. Bildirilir ki, görüşün məqsədi İranla müharibəyə son qoymaq səylərini müzakirə etmək olub.

Sayt qeyd edir ki, ABŞ və İran müharibəyə son qoymaq və daha ətraflı danışıqlar üçün çərçivə yaratmaq məqsədilə bir səhifəlik memorandum üzərində danışıqlar aparır. Qətər tərəflər arasında vasitəçilikdə əsas rol oynayan ölkədir.

Əl-Tani dünən Vaşinqtonda vitse-prezident Cey. Di. Venslə görüşüb. Mənbələrdən birinin verdiyi məlumata görə, o, dərhal Dohaya qayıtmalı idi, lakin planını dəyişərək Mayamiyə gedib.

Bildirilir ki, Mayamidə olarkən vasitəçilik səylərini müzakirə etmək üçün o, Səudiyyə Ərəbistanı xarici işlər nazirinə zəng edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
2
azertag.az

3Mənbələr