AZ

Dünya üzrə universitetlərə kiberhücum: 275 milyon insan təsiri var

Dünya üzrə milyonlarla tələbə və müəllimi bir araya gətirən Instructure şirkətinin hazırladığı “Canvas” təhsil platforması genişmiqyaslı kiberhücumun hədəfinə çevrilib. Metbuat.az xəbər verir ki, şirkət bildirib ki, hücum aprelin sonunda müəllim hesablarından birinə icazəsiz girişlə başlayıb və hadisə aşkarlanandan sonra sistem müvəqqəti olaraq dayandırılıb. Sızdırılan məlumatlar arasında istifadəçilərin tam adları, elektron poçt ünvanları, tələbə nömrələri və platformadaxili şəxsi mesajlar yer alıb. Hazırda maliyyə məlumatlarının və ya şifrələrin ələ keçirilməsinə dair rəsmi sübut olmasa da, mütəxəssislər bu məlumatlardan saxta şəxsiyyət yaradılması və maliyyə fırıldaqları üçün istifadə oluna biləcəyi barədə xəbərdarlıq edir.Kiberhücumun məsuliyyətini əvvəllər də böyük texnologiya şirkətlərinə qarşı hücumları ilə tanınan “ShinyHunters” adlı haker qrupu öz üzərinə götürüb. Qrup təxminən 275 milyon tələbə, müəllim və məktəb əməkdaşına aid məlumatları ələ keçirdiyini iddia edir. Hakerlər oğurlanan məlumatların yayılmaması müqabilində məbləği açıqlanmayan fidyə tələb ediblər.

Kibertəhlükəsizlik üzrə ekspertlər isə fidyə ödənişlərinin cinayətkarları daha yeni hücumlara həvəsləndirəcəyini bildirərək, istifadəçilərə şifrələrini dəyişməyi və çoxmərhələli identifikasiya (MFA) sistemini aktivləşdirməyi tövsiyə ediblər.

Seçilən
28
metbuat.az

1Mənbələr