Sportinfo.az xəbər verir ki, Misli Premyer Liqasında “Ayın qolu” layihəsi çərçivəsindəaprel ayının ən yaxşı qolunun müəllifi olan Nikola Ninkoviç mükafatlandırılıb.
“Sumqayıt”ın serbiyalı yarımmüdafiəçisinə mükafatı Misli Premyer Liqasının XXXI turunun “Sumqayıt” – “Araz-Naxçıvan” görüşündən əvvəl Peşəkar Futbol Liqasının Media və marketinq direktoru Sənan Abdullayev təqdim edib.