Rusiya Prezidenti Vladimir Putin ukraynalı həmkarı Volodimir Zelenski ilə üçüncü ölkədə görüşünün sülh müqaviləsi üzrə yekun razılaşmalar əldə olunduğu təqdirdə mümkün olduğunu bəyan edib.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.
O bildirib ki, üçüncü ölkədə görüşmək olar, lakin bu, yalnız uzunmüddətli tarixi perspektiv üçün nəzərdə tutulmuş sülh müqaviləsi barədə yekun razılıq əldə edildiyi halda mümkündür. Rusiya prezidenti bunun yekun nöqtə olmalı olduğunu əlavə edib.
Mətbuat konfransı zamanı Rusiya lideri münaqişənin sona çatmasına yaxın olduqlarını da qeyd edib. Onun sözlərinə görə, ABŞ hərbi əməliyyatlara son qoymağa çalışır, Avropa ölkələri isə gərginliyi artırır. Fransa prezidenti Emmanuel Makronun 2022-ci ildə sülh müqaviləsinin imzalanmasına mane olanlardan biri olduğu vurğulanıb.