AZ

Ağdamda yol qəzası baş verib, 4 nəfər ölüb

Ağdamda 4 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Bərdə - Xankəndi yolunun Xıdırlı kənd ərazisindən keçən hissəsində baş verib.

"VAZ-2106" və "Hyundai" markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər ölüb, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralıların xəstəxanaya çatdırılması üçün hadisə yerinə həkim briqadaları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
13
7
anews.az

10Mənbələr