Heydər Əliyevin zəngin yaradıcılıq və quruculuq irsi bütün sahələri əhatə edir, tərəqqinin, müsbət fundamental transformasiyaların təməlini təşkil edir və gələcək inkişaf üçün alternativsiz, istiqamətverici vektor rolunu oynayır.
"Ölkə.az" xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyevin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı məqaləsində yer alıb.
Qeyd olunub ki, XX əsrin ikinci yarısı – XXl əsrin əvvəlində Azərbaycanın idarəçilik sükanını əlinə alan və onu inamla, uzaqgörənliklə gələcəyə doğru aparan belə bir şəxsiyyət xalqımızın Ümummilli Lideri Heydər Əliyev olmuşdur: "Heydər Əliyev Azərbaycan tarixində dövlətçilik ənənələrinin, milli dirçəlişin güclənməsinə əvəzolunmaz töhfələr vermiş və müasir idarəçiliyin əsaslarını yaratmış görkəmli dövlət xadimidir.